Rubio: ABŞ İranın uranın zənginləşdirilməsindən imtinası qarşılığında bütün sanksiyaları ləğv etməyəcək
İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etsə və uranın zənginləşdirilməsi proqramını dayandırsa belə, ABŞ tərəfindən yalnız bəzi sanksiyaların ləğvi və ya yumşaldılması ilə qarşılaşa bilər.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Büdcə Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, Vaşinqton İran limanlarına tətbiq edilən dəniz blokadasını aradan qaldırmağa, Tehran isə danışıqlar masasına qayıdaraq yüksək zənginləşdirilmiş uranın utilizasiyası və nüvə yanacağının zənginləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı razılaşmanı müzakirə etməyə hazır olmalıdır.
Rubio vurğulayıb ki, bunun müqabilində İran bəzi sanksiyaların ləğvinə və ya yumşaldılmasına nail ola bilər, lakin bütün sanksiyalar aradan qaldırılmayacaq.
ABŞ dövlət katibi əlavə edib ki, istənilən razılaşmanın əsas şərti yoxlanıla bilən mexanizmlərin mövcudluğudur və uranın zənginləşdirilməsi üzərində nəzarət sazişin uğuru üçün həlledici əhəmiyyət daşıyacaq.
Oxşar xəbərlər
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib
İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər
KİV: İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir açıqlama yayıb
