Qubada yanğınlara qarşı qabaqlayıcı tədbirlərə həsr olunan müşavirə keçirilib
sizinxeber.az xəbər saytı

Qubada yanğınlara qarşı qabaqlayıcı tədbirlərə həsr olunan müşavirə keçirilib


Ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə Qubada keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, regional müşavirədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, həmçinin Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı, Abşeron və Sumqayıt şəhəri üzrə yerli icra hakimiyyətlərinin əməkdaşları, müvafiq dövlət qurumları, idarə və müəssisələrin, bələdiyyələrin məsul şəxsləri və fermerlər iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində yanğın təhlükəsziliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Tədbirdə bölgədə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib.

O da vurğulanıb ki, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməməsi, texnikaların hərəkət hissələrinin və detallarının dağılması və biçilmiş sahələrin yandırılması ciddi fəsadlara səbəb olur.

Müşavirədə müzakirə mövzusuna dair suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Meşələrdə yanğın hadisələrinə qarşı birgə regional müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-də COP29 ərəfəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlar müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər