Meşələrdə yanğın hadisələrinə qarşı birgə regional müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Masallı rayonunun meşəlik ərazisində birgə regional müşavirə keçirib.
Tədbirdə FHN və ETSN-nin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbidə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri olduqca vacibdir.
Müşavirənin praktiki hissəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermiş meşə yanğının qarşısının alınması, eyni zamanda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində sahənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
Oxşar xəbərlər
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
Xankəndidə yanğından mühafizə mövzusunda tədbir keçirilib
Gədəbəydə meşə yanıb
FHN-in Şimal Regional Mərkəzi ağacəkmə aksiyası keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
