Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Türk Dövlətləri Təşkilatı (TDT) təkcə regional bir təşkilat deyil, həm də strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
O qeyd edib ki, türk ziyalısı İsmayıl Qaspıralının dildə, fikirdə, əməldə birlik şüarı bu gün türklərə yol göstərən bir fikirdir:
“Türk Dövlətləri Təşkilatı enerji təhlükəsizliyindən rəqəmsallaşmaya, qlobal transformasiyaya qədər bir sıra sahələrdə əməkdaşlığı özündə ehtiva edir. TDT dialoq kanallarını genişləndirmə platformasıdır. Türkiyə olaraq biz türk dünyası regionunda sülh və sabitliyi dəstəkləyirik. Bununla yanaşı, media, mədəniyyət və incəsənət sahəsində türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edirik.
Mədəniyyət diplomatiyası sahəsində əməkdaşlığın dərinləşdirilməsi təkcə türk dünyasında deyil, qlobal miqyasda türk mədəniyyətinin nümayişi baxımından vacibdir. Türk dünyasının öz təşkilatının təsis edilməsi üzv ölkələrin həm təhlükəsizliyinə, həm ortaq məqsədlərinə xidmət edir”.
Oxşar xəbərlər
Aygün Əliyeva: Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Antalyada “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












