Sizinxeber.az » Siyasət » Daxili siyasət » Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər

Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında  “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib.

“Report”un Ombudsman aparatının mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib.

Monitorinqlər narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün “Parlaq həyat” və qadınlar üçün “Womens rehab” mərkəzlərində keçirilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqlərin məqsədi bu mərkəzlərdə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq olub.

Adıçəkilən mərkəzlərdə reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi İşçi Qrupun üzvləri tərəfindən əsas araşdırma predmeti olub.

Monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.

İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzlərin rəhbərliyinə təqdim edilib, müvafiq tövsiyələr verilib. Reabilitasiya Mərkəzlərində Ombudsmanın “916” Çağrı Mərkəzinin lövhələrinin mövcudluğu və pasiyentlərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Məlumata əsasən, aşkar olunan nöqsanlar Ombudsmanın diqqət mərkəzindədir və bununla əlaqədar olaraq reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !