Bəzi reabilitasiya mərkəzlərində xoşagəlməz hallar aşkarlanıb
sizinxeber.az xəbər saytı

Bəzi reabilitasiya mərkəzlərində xoşagəlməz hallar aşkarlanıb


Narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün “Parlaq həyat” və qadınlar üçün “Womens rehab” mərkəzlərində Ombudsman Aparatının əməkdaşları monitorinqlər aparıb.

Ombudsmanın Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.

İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.

Monitorinq zamanı müəssisələrdə fəaliyyətin təşkili və göstərilən reabilitasiya xidmətləri ilə bağlı narahatlıq doğuran bir sıra məsələlər müşahidə edilib.

Qeyd edilib ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.

Oxşar xəbərlər

Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb
Ombudsmanın nümayəndələri "Abzas Media" işi üzrə həbs edilənlərlə görüşüb
Ombudsman Vardanyan, Arayik və hərbi cinayətlərdə ittiham olunan digər ermənilərə baş çəkib
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Bu il insan alveri qurbanı olan 24 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər