Ombudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb
Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.
"Sizinxeber.az" xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.
Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar.
Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.
Oxşar xəbərlər
Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər
Ombudsman: Parlament seçkiləri yüksək fəallıqla, demokratik, azad, şəffaf, ədalətli keçirilib
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
