Suqovuşan sakini: Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük
Suqovuşan kənd sakini, Vətən müharibəsi qazisi Nəcəf Hacıyev uşaq yaşlarında tərk edib uğrunda qan tökdüyü doğma kəndlərinə artıq daimi köçdüklərini bildirib.
O, "Report"un Qarabağ bürosunun Ağdərə rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, ata yurduna köçdükləri üçün çox sevinclidir və bundan sonra qalan ömrünü burada keçirəcək.
N.Hacıyev atasının I Qarabağ müharibəsi iştirakçısı olduğunu, özünün də Vətən müharibəsi zamanı yaralandığını söyləyib:
"Müharibə başlayanda döyüş əməliyyatlarında iştirak etmişəm. Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanmışam. Torpaqlarımız azad ediləndə çox sevindik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Düzdür, azad edildikdən sonra Suqovuşana çox gəlmişəm. Amma bu gedişimiz xüsusilə dəyərlidir. Çünki uşaq yaşlarında tərk edib uğrunda qan tökdüyümüz doğma kəndimizə artıq daimi köçürük. Bundan sonra qalan ömrümüzü burada keçirəcəyik".
Oxşar xəbərlər
Sakin: Suqovuşan cənnətdir, dünya ölkələrinin buranı görmələrini çox istəyirəm
Gəncədə şəhid atası vəfat etdi
Xocalı sakini: Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













