Xocalı sakini: Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar
Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbət zamanı Xocalı sakini Nurlan Həsənov deyib.
O, digər həmyerliləri kimi, doğma yurda qayıdışın sevincini yaşadığını vurğulayıb:
“İşğal dövründə yaşayış yerimizi bir neçə dəfə dəyişməli olsaq da, yekunda Gəncə şəhərində məskunlaşdıq. Doğma kəndimizə də Gəncədən köçürük. Bütün həmyerlilərim kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Başda Ali Baş Komandan olmaqla, bu xoş və qürurlu günləri bizə yaşadan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Doğma yurda dönməyin sevincini indi necə yaşayırıqsa, bizdən sonra gələn nəsillər də bu günün qürur və sevincini yaşatmalıdırlar”.
Oxşar xəbərlər
Xocalı sakini: 32 ildən sonra doğma torpaqda səs vermək qürurlandırır
Şuşa sakini: 6 yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram
Şəhid anası: Xoşbəxtəm ki, yeganə oğlumu vətən uğrunda şəhid olacaq dərəcədə vətənpərvər böyütmüşəm
Ballıcaya köçən sakin: Yurda dönməyin sevincini sözlə ifadə etmək çətindir
Şuşa sakini: Böyük qürurla evimizə qayıdırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













