2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, ötən il qurumun "860 - Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti"nə 330 müraciət daxil olub.
Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.
Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.
Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.
Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
Oxşar xəbərlər
İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub
Məişət zorakılığı əleyhinə qanuna edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib
Prezident cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydasını təsdiqləyib
Bakıda avtobusla sərnişindaşımada nağdsız ödəniş hallarının sayı 17 % artıb
Cinayət əlamətləri olmayan məişət zorakılığı şikayətlərinə yeni qaydada baxılması ilk oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












