İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub
Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinə 2024-cü ilin ilk 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub.
Bunu "Report"a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.
O bildirib ki, son illərdə aparılan intensiv fəaliyyət və maarifləndirmə sayəsində Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb:
"Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2023-cü il ərzində 560, 2024-cü ilin ilk 10 ayı ərzində 486 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanların 38-i kişi, 430-u qadın, 364-ü uşaq, 6-sı əlil, 3-ü ahıl olub".
İ.Məmmədova, həmçinin qeyd edib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində "860" saylı dəstək xəttinə 2024-cü ilin ilk 9 ayı ərzində 221 müraciət daxil olub. Onlardan 187-i qadın, 34-ü kişi olub.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
VK sədri: Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı üzərində işləməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












