Elxan Əsədov: Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq seysmik zonaya aid edilib
Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq, 20 faizi isə 9 ballıq seysmik zonaya aid edilib.
Bu sözləri “Report”a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
O bildirib ki, Azərbaycan seysmik zonada yerləşir:
“Bu səbəbdən seysmik amillərin tikinti prosesində nəzərə alınması vacibdir. 1961-ci ilə qədər ölkədə inşa edilən tikililərdə zəlzələ faktoru nəzərə alınmırdı. Həmin ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 7 ballıq seysmik zonaya aid edilirdi. 1981-ci ildə seysmik rayonlarda yeni tikinti normaları və qaydası təsdiq olundu.
Həmin normalara görə, ölkə ərazisinin böyük hissəsi 7 ballıq, 20 faizə qədəri isə 8 ballıq seysmik zona elan olundu. 2010-cu ildə Azərbaycanda milli seysmik rayonlarda dövlət tikinti normaları hazırlanıb. 2010-cu ildən etibarən Azərbaycan ərazisinin 20 faizə qədəri 9 ballıq, qalanı isə 8 ballıq seysmik zonaya aid edilib”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edilib
Kipr Egey dənizində seysmik aktivliyə görə fövqəladə vəziyyətə hazırlıq görür
Aşağı Kür çökəkliyində zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
