Aşağı Kür çökəkliyində zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır
sizinxeber.az xəbər saytı

Aşağı Kür çökəkliyində zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır


Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, hesabat ilində bəzi xarici universitetlərlə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub:

"Eyni zamanda “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi də keçirilib".

Oxşar xəbərlər

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edilib
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib
Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlanıb
Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur
Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasından məlumatların Zəlzələlərin tədqiqatı bürosuna ötürülməsinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər