DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
"Sizinxeber.az"un məlumatına görə, müraciətdə deyilir:
"Növbəti iki gündə havanın qeyri-sabit olması səbəbindən gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur".
Oxşar xəbərlər
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













