DYP qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə "Sizinxeber.az"a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq".
Oxşar xəbərlər
DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













