Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb
Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatır.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda “sükut günü”dür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçkiqabağı təşviqat prosesi başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn həftədən parlament seçkilərinin təşviqat kampaniyası başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












