Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.
Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.
Oxşar xəbərlər
“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib
Hərbi texnika, silahın satışı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılıb
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib
Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib
Dövlət Mükafatının məbləği artırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













