Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin çapına başlanılıb
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Seçkilərlə əlaqədar 6 052 721 ədəd bülleten çap olunacaq.
Sizinxeber.az-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri və media nümayəndələri ilə birlikdə yanvarın 11-də mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.
MSK sədri seçki bülletenlərinin çapının qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada başa çatdırılmalı olduğunu, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət edilməsinin vacibliyini qeyd edib.
M.Pənahov həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanıb
Parlament seçkiləri ilə əlaqədar bülletenlərin DSK-lara paylanmasına başlanılıb - FOTO
MSK sədri: 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək
Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək
Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













