Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib
sizinxeber.az xəbər saytı

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib


2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.

Sizinxeber.az xəbər verir ki, qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.

O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:

"Bələdiyyə seçkilərində bülletenlər respublika üzrə seçici sayından 3 faizindən artıq olmamaq şərti ilə çap olunacaq. Seçki bülletenlərində bələdiyyə üzvlüyünə namizədlər əlifba sırası ilə yazılır".

Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.

Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq, təsdiqlənib.

Oxşar xəbərlər

MSK sədri: 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülənlərin sayı 3662 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP-ın bələdiyyə üzvlüyünə 8071 namizədinin siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə Seçkilərində bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər