Təyyarə qəzasında həlak olan Əli Əlimirzəyev Qusarda dəfn olunub
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 2002-ci il təvəllüdlü Əli Əlimirzəyevlə Qusar rayonunun Suduroba kəndində vida mərasimi keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, mərasimdən sonra Ə.Əlimirzəyevin nəşi Qusar rayonunun Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Mərasimdə Ə.Əlimirzəyevin doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, sözügedən təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib. X.Əlimirzəyevanın nəşi dekabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası: Mən qızımla fəxr edirəm
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib
Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













