Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 17 ailə 84 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 23 ailə - 122 nəfər, Abşeron rayonundan 4 ailə - 21 nəfər, Şəki rayonundan 2 ailə - 10 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 6 nəfər, Saatlı rayonundan 1 ailə - 5 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər olmaqla 49 ailə - 253 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə - 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Oxşar xəbərlər
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıl şəhərinə köçürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış: Növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 16 ailə Cəbrayıl şəhərinə köçürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












