Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır
Bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bəzi bələdiyyələrdə olan gender komissiyaları formal xarakter daşıyır:
"Artıq bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. Lakin həmin komissiyaların bir çoxu formal xarakter daşıyır. Bələdiyyə yerli özünü idarəetmə qurumu olaraq birbaşa əhali ilə əlaqəyə girməlidir. Lakin bu həmişə belə olmur".
F.Hacıyeva bildirib ki, bələdiyyələrin risk qrupu ailələrlə görüşlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili olduqca müsbət nəticə verər:
"Keçirdiyimiz monitorinqlər nəticəsində gender komissiyalarının bu istiqamətdə naliyyətlərinə şahid olmuşuq. Sözügedən tədbirlərin sayının çoxalması üçün dəstək göstərməyə hazırıq".
Oxşar xəbərlər
Zaur Mikayılov: “Su ehtiyatlarına əlçatanlıq gender bərabərliyi ilə bağlıdır”
Cemima Ndzyuki: Gender bərabərliyi iqlim ədalətinin açarıdır
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
