Prezident İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyib


Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq. Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Oxşar xəbərlər

MM ekosistemə qəsdən zərər vuranların 15 ilədək azadlıqdan məhrum edilməsini birinci oxunuşda təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək həbs oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıllıqları məhv edənlərin 8 ilədək azadlıqdan məhrum edilməsi I oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 10 ilədək həbs olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər