Naxçıvan Ali Məclisinin ilk iclası keçirilib, sədrliyə təklif olunan namizəd dəstəklənməyib
Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.
Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.
Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.
Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.
Deputatlar təkliflər irəli sürüb.
Səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.
Oxşar xəbərlər
Naxçıvan Ali Məclisi sədrinin müavinləri seçilib
Yeddinci çağırış Milli Məclisin ilk iclası keçirilib
Naxçıvan MSK sədrinin istefası qəbul olunub, seçkiyə gedir
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
