Sizinxeber.az » Siyasət » Daxili siyasət » Bakının işğaldan azad edilməsindən 106 il ötür

Bakının işğaldan azad edilməsindən 106 il ötür

Bu gün Bakının işğaldan azad edilməsindən 106 il ötür.

APA-nın məlumatına görə, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.

Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak birləşmələri yol üzərindəki bütün Azərbaycan kəndlərini çapıb-talayıb, dinc əhalini məhv ediblər. Vəziyyəti nəzərə alan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib.

Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edilib və bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.

Xatırladaq ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi götürülüb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !