Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, [email protected][email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Kamran Əliyev Nəsimi rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər