Laçında "Şəhid bulağı"nın açılışı olub
sizinxeber.az xəbər saytı

Laçında "Şəhid bulağı"nın açılışı olub


Laçın rayonunun Çorman kəndində Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün yerli sakinlərin təşəbbüsü ilə inşa edilmiş "Şəhid bulağı"nın açılışı olub.

"Sizinxeber.az"un Qarabağ bürosu xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Prezidentin xüsusi numayəndəliyinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınlari və kənd sakinləri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər şəhidlərin göstərdikləri igidliklərə toxunaraq onların əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar. Bulağın istifadəyə verilməsi ilə bağlı rəmzi lent kəsilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirin sonunda iştirakçılar üçün ehsan verilib.

Oxşar xəbərlər

Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin məzarı doğum günündə təmir edilib
Biləsuvarda şəhid Camal İsgəndərovun xatirəsinə inşa edilən kompleksin açılışı olub
Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle