Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub
Oğuz rayonunun Calud kəndində Birinci Qarabağ müharibəsinin şəhidinin xatirəsinə tikilən şəhid bulağının açılışı olub.
"Sizinxeber.az"un Şimal-qərb bürosu xəbər verir ki, tədbirdə rayon rəsmiləri, kənd ziyalıları, şəhid ailələri, qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğunu vurğulayıblar. O da qeyd olunub ki, Birinci Qarabağ müharibəsində də Vətən uğrunda canlarından keçən Azərbaycan oğulları bu gün də unudulmur.
Qeyd edək ki, 1973-cü ildə Kəlbəcər rayonu, Bəzirxana kəndində doğulan Qaryağdı Haqverdi oğlu Bayramov 1992-ci ildə hərbi xidmətə yollanıb. İlk öncə Kəlbəcər batalyonunda topçu, daha sonra isə top komandiri kimi xidmət edib. Q.Bayramov 12 aprel 1993-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun ailə üzvləri Kəlbəcər rayonu işğal olunduqdan sonra Oğuz rayonunun Calud kəndində məskunlaşıblar.
Oxşar xəbərlər
Biləsuvarda şəhid Camal İsgəndərovun xatirəsinə inşa edilən kompleksin açılışı olub
Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsi anılıb
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
