Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Qaraməryəm-İsmayıllı-Şəki magistralını altı kəndlə birləşdirən yolun inşasına 1,5 milyon manat ayrılıb
Şəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
