“Danışaq?” layihəsinin növbəti qonağı oftalmoloq olub
Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
“Report”un məlumatına görə, podkastın qonağı oftalmoloq İmran Cərullazadə olub.
Bu buraxılışın digər aparıcı isə tibbi marketoloq Cəmilə Baydəmir olub.
Müsahibə zamanı aparıcılar ABŞ, Dominikan Respublikası, Kolumbiya kimi xarici ölkələrdə təcrübə keçmiş məşhur həkimlə onun bu peşəyə necə gəldiyi və oftalmologiya ilə bağlı hər şey - xəstəliklər, yeni tendensiyalar və s. barədə danışıblar.
İştirakçılar, həmçinin əhali arasında görmə qabiliyyətinin pisləşməsi hallarının artması problemini, oftalmoloqa vaxtında müraciət edilməsinin vacibliyini, duruşun görmə qabiliyyətinə təsirini və görmə qabiliyyətinin qorunması üçün bioloji aktiv qida əlavələrinin faydasını müzakirə ediblər.
Bundan başqa, həkim optik eynəklərdən istifadənin əhəmiyyəti, kompüterdə iş zamanı xüsusi eynəklərin vacibliyi və dəlikli eynəklərin görmə qabiliyyətinə kömək edib-etmədiyi barədə danışıb.
Oxşar xəbərlər
“Danışaq?” layihəsinin növbəti qonağı həkim-nevroloq olub
“Danışaq?” layihəsinin növbəti buraxılışında Ukrayna müharibəsi müzakirə olunub
“Danışaq?” layihəsinin növbəti qonağı neyrocərrah olub
“Danışaq?” layihəsinin növbəti buraxılışında Azərbaycanda cazın inkişafı müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
