“Danışaq?” layihəsinin növbəti qonağı neyrocərrah olub
sizinxeber.az xəbər saytı

“Danışaq?” layihəsinin növbəti qonağı neyrocərrah olub


Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

“Sizinxeber.az”un məlumatına görə, podkastın qonağı həkim-neyrocərrah Fariz İsgəndərov olub.

Podkastda həkim-hepatoloq, “Medprosvet” MMC-nin baş direktoru, doktor Zaur Orucov da iştirak edib.

Söhbət iştirakçıları insanın öz beynini nə dərəcədə yaxşı bilməsi və “onurğa beyni yoxsa baş beynin daha vacib olması ilə bağlı müzakirə aparıblar.

F.İsgəndərov beyin şişlərinin əsas səbəbləri və onların qarşısının alınması imkanlarından danışıb.

Müsahibənin gedişində hidrosefaliya, qamma bıçağı, epilepsiyanın neyrocərrahiyyənin köməyi ilə müalicəsi kimi mövzulara da toxunulub.

Söhbətin böyük hissəsi insulta həsr olunub və F.İsgəndərov bu xəstəlik, onun necə tez bir zamanda müəyyən edilməsi və bu xəstəliyə tutulduqda nə etmək lazım olması barədə məlumat verib.

O, həmçinin insultdan sonra sağalma sürətindən və bu xəstəliyin ən çox kimlərə təsir etməsindən danışıb.

Sonda neyrocərrah rusiyalı və azərbaycanlı həkimləri müqayisə edib.

Oxşar xəbərlər

“Danışaq?” layihəsinin budəfəki qonağı hepatoloq Zaur Orucov: Alkoqol ölümə gətirib çıxarırmı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Danışaq?” layihəsinin növbəti qonağı astropsixoloq Yekaterina Merkulova olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Danışaq?” layihəsinin növbəti buraxılışında Ukrayna müharibəsi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Danışaq?” layihəsinin növbəti buraxılışında Azərbaycanda cazın inkişafı müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Danışaq?” layihəsinin növbəti buraxılışında Ukrayna müharibəsi müzakirə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər