Mərakeş Krallığı Müşavirlər Palatasının sədri: Parlament Şəbəkəsində əməkdaşlığa önəm veririk
Mərakeş Krallığı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa önəm verir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Sizinxeber.az”a verilən məlumata görə, bunu Mərakeş Krallığının Müşavirlər Palatasının sədri Sidi Mohamed Ər-Rəşid Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə ölkələr və parlamentlər arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusilə, siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.
Söhbət zamanı qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində rolu vurğulanaraq, bu səfərlərin xalqlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verdiyi ifadə edilib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərin əməkdaşlığının mühüm rola malik olduğu qeyd edilib. S.Qafarova özünün Mərakeşə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu kimi səfərlərin və təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Tərəflər deputatlar, parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları haqqında fikirlərini ifadə ediblər.
S.Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verərək, ölkəmizin sədrliyi ilə təşkilatın institusional əsaslarının gücləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Sidi Mohamed Ər-Rəşid ölkəsinin Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa önəm verdiyini qeyd edərək, bu kimi platformaların beynəlxalq məsələlərin həllinə töhfələrini təqdir edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İtaliya parlamentlərinin qarşılıqlı fəaliyyəti müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












