AYNA-nın departament rəhbəri: "Manatlıq taksi"lər qanunsuz fəaliyyət göstərir
"Manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir”.
APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə deyib ki, yol polisi bu problemlə mübarizə aparır:
“Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz. Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi manatlıq taksilər ora qayıdıb dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, bu problem var. Sürücünün özünün məsuliyyəti olmalıdır. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq".
Oxşar xəbərlər
AYNA-nın departament rəhbəri: Manatlıq taksi anlayışı yoxdur, onlar qanunsuz fəaliyyət göstərir
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib
DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır
AYNA: Taksi sektorunda islahatların I mərhələsi geridə qalıb, proses çox uğurlu gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













