Sizinxeber.az » Media » Mətbuat Şurası APA-nı yubiley münasibətilə təbrik edib

Mətbuat Şurası APA-nı yubiley münasibətilə təbrik edib

  • 16-11-2024, 09:50
  • Media
  • 0
  • 1 104

Mətbuat Şurası “APA Group”u 20 illik yubiley münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir ki, işini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biri də APA-dır.

APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib.

Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib. Təcrübəsini və yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə çulğalaşdıran dəyərli həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib. Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir.

Ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır. APA belə bir bazanı, gələcək üçün təminatı formalaşdırmağı bacararaq, böyük ailəyə - APA Holdinqə çevrilib, daima media fəaliyyətinə, ümumən yaradıcılığa çoxşaxəli yanaşmanı, rəngarəngliyi rəhbər tutub. Əminliklə demək olar ki, böyük APA ailəsi, eyni zamanda, əsl jurnalistika məktəbi, media cameəsinə, bütövlükdə isə cəmiyyətə nümunədir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti hər zaman peşə dəyərlərinə sadiq qalan nümunəvi qələm sahiblərinin çalışdığı APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edir, onun bütün kollektivinə - rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərini çatdırır, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır”, - təbrikdə vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !