“Trend” 29 yaşını qeyd edir
sizinxeber.az xəbər saytı

“Trend” 29 yaşını qeyd edir


Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin yaranma günüdür.

“Sizinxeber.az” xəbər verir ki, xəbər agentliyinin yaranmasından 29 il ötür.

“Trend” Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.

"Trend"in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.

"Sizinxeber.az" İnformasiya Agentliyi "Trend"də çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Oxşar xəbərlər

Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək - Nazir (FOTO) [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni sahəsini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-qanuni erməni silahlı dəstələri təslim oldu - Rufiz Hafizoğlunun "Əl Arabiyyə" telekanalına müsahibəsi (VİDEO) [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramını izləyib (FOTO) [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”-“Molde” oyununa satılan biletlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər