Şuşa Qlobal Media Forumunun iştirakçıları Xıdırlı kəndinin bərpası ilə tanış olub
3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları genişmiqyaslı bərpa və tikinti işləri davam edən Ağdam rayonunun Xıdırlı kəndinə səfər ediblər.
"Sizinxeber.az"un müxbiri xəbər verir ki, qonaqlara kəndin bərpasının birinci mərhələsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib. Bunlara çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, məişət xidməti obyekti, emalatxana, təhsil və səhiyyə sahəsində mütəxəssislərin müvəqqəti yaşaması üçün qonaq evi, həmçinin tam orta məktəb və körpələr evi-uşaq bağçası daxildir.
Qeyd edək ki, Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimi iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilib.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumu iyulun 19-da "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda açılıb və iyulun 21-dək davam edəcək.
FOTO: Vüqar Xanlarov
Oxşar xəbərlər
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
