3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
sizinxeber.az xəbər saytı

3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir


“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayır.

"Report" xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.

Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.

Oxşar xəbərlər

Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər