Hikmət Hacıyev: Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır
Bu gün Azərbaycan mediası qarşısında süni intellektin öyrənilməsi vacib tapşırıqlardandır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq media rəhbərləri ilə görüş zamanı süni intellektin gündəlik məsələlərdə tətbiqi barədə müzakirələr aparılır:
"Bu məsələlərdə beynəlxalq praktikaları öyrənirik. Bu gün tərcümə işinə baxsaq, Azərbaycan dilində hələ ki arxa səslərin təqdim olunmasında müəyyən texniki problemlər olsa da, rus və ingilis dillərindən tərcümənin təmin olunması baxımından yaxşı nəticələr var. Bir sıra media platformalarında bunlar artıq tətbiq olunur".
H.Hacıyev süni intellektlə bağlı eksperiment apardıqlarını da diqqətə çatdırıb:
"Süni intellektin məhsulu olan bir məqaləni Azərbaycanın media orqanlarından birində yerləşdirdik. Ancaq heç kim onu süni intellektin hazırladığını ayırd edə bilmədi".
Oxşar xəbərlər
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr süni şəkildə yaradılmış təsvirlərdən istifadə edirdi
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
