Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” konfransı panel sessiyalarla davam edib - FOTO - YENİLƏNİB
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans panel sessiyalarla davam edib.
APA-nın Şirvan bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən I panel “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” mövzusuna həsr olunub.
Panel müzakirələrində çıxış edənlər milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin qorunması, İslam həmrəyliyinin təbliği ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, müasir informasiya mühitində dini dəyərlərin düzgün təqdim olunması və dini etiqad azadlığının qorunması mühüm əhəmiyyət daşıyır. Çıxışlardan sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Konfrans daha sonra “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” mövzusunda keçirilən panel sessiyaları ilə davam edib.
Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edən dövlət qurumlarının nümayəndələrinə və media təmsilçilərinə təşəkkürünü bildirib. Sonda dövlət-din münasibətlərinin işıqlandırılmasında peşəkar yanaşma və səmərəli əməkdaşlığa görə bir sıra media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. Təltif olunanlar sırasında "APA Holding" də yer alıb.
***
16:39
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.
APA-nin Şirvan bürosu xəbər verir ki, 15–16 iyul tarixlərində keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən və Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.
Konfrans iki əsas panel sessiyadan ibarət olacaq.
Konfrans çərçivəsində media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.
Oxşar xəbərlər
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Hüseynəliyev: Azərbaycan etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğu dövlətlərdəndir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət komitəsinin sədr müavini: İlin sonuna qədər məscidlərdə kitabxana layihəsi tam başa çatdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












