"Tağıyev: Məktəb" bədii filminin təqdimat mərasimi keçirilib
Heydər Əliyev Mərkəzində "Tağıyev: Məktəb" bədii filminin təqdimat mərasimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, təqdimat mərasimində rəsmi şəxslər, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
"Tağıyev: Məktəb" böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan filmin sonuncu - dördüncü hissəsidir.
Filmdə Tağıyevin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması, onun bu zaman üzləşdiyi çətinlik və manelər təqdim olunub.
Ümumilikdə dördhissəli ekran işinin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiya tarixinə düşüb.
Belə ki, çəkilişləri 76 fərqli məkanda baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib.
Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb.
Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Layihənin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.
Filmdə Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən Rusiya və Belarusdan peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət tarixi obrazları canlandırıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", Kapital Bank, "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Oxşar xəbərlər
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
"Tağıyev: Məktəb" filminin nümayiş olunacağı vaxt açıqlanıb
Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
