Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
12:50
0
0
2 360
ff aaaaaaa

Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib - FOTO

23 apr, 2026
12:50
2 360

Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib - FOTO

Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, “Poliloq” fondunun dəstəyi ilə keçirilən təqdimat məşhur kinorejissor Eldar Ryazanovun yaradıcılıq emalatxanasında - “Eldar” kinoteatrında baş tutub.

“Tağıyev: Neft” bədii filmi kinoteatrın fərqli zallarında həm rus dilində, həm də Azərbaycan dilində nümayiş olunub.

Nümayişindən sonra filmin rejissoru Zaur Qasımlı, prodüseri Orman Əliyev, baş rolun ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev və filmdə rol alan digər aktyorlar tamaşaçıların suallarını cavablandırıblar.

Rejissor filmin ikinci, üçüncü və dördüncü hissələrinin də Moskvada bu formatda təqdimatının keçirilməsi ideyasının olduğunu bildirib.

Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul