"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
sizinxeber.az xəbər saytı

"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO


Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən təqdimatda Türkiyə və Azərbaycanın ictimaiyyət və mədəniyyət nümayəndələri, filmin yaradıcı heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən İnsani Yardım Vəqfinin nümayəndəsi Yavuz Dede qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev xeyriyyə işləri ilə, tikdirdiyi məktəblərlə, gənclərin təhsilinə dəstək olmaqla millətinin gələcəyi üçün böyük işlər görmüş tarixi şəxsiyyətdir. O bildirib ki, Hacı Zeynalabdin Tağıyev əzmi bugünkü nəsillərə ən böyük örnəklərdən biridir.

Tədbirdə qeyd edilib ki, bu sənədli film tək Tağıyevin həyat və fəaliyyətindən bəhs etmir, eyni zamanda, cəmiyyətə xeyriyyəçilik ruhunu aşılayır.

Filmin prodüseri Yavuz Yıldırım isə bildirib ki, bu sənədli film keçmişdən gələcəyə bir körpü olacaq.

Çıxışlardan sonra film ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, “Tağıyev” filmi "Rumman" şirkətinin istehsalıdır. Filmin rejissoru M. Abdülqafur Şahindir.

Oxşar xəbərlər

"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər