"Tağıyev: Məktəb" filminin nümayiş olunacağı vaxt açıqlanıb
sizinxeber.az xəbər saytı

"Tağıyev: Məktəb" filminin nümayiş olunacağı vaxt açıqlanıb


"Tağıyev: Məktəb" filminin nümayiş olunacağı vaxt açıqlanıb.

"Sizinxeber.az" xəbər verir ki, dördhissəli filmin son hissəsi aprelin 30-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Filmdə Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla, geniş peşəkar aktyor heyəti yer alıb.

Ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Qeyd edək ki, daha əvvəl filmin "Tağıyev: Neft", "Tağıyev: Çar" və "Tağıyev: Sona" adlı hissələri yayımlanıb.

Oxşar xəbərlər

“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
“CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər