Muzaffer Şeker: Türkiyədə Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumaq vəzifə sayılır
Türkiyə Elmlər Akademiyası Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumağı özünə vəzifə hesab edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1926-cı ildə baş tutan qurultayın türx xalqları və dövlətləri arasındakı birləşdirici ruhu bu gün də hiss edilməkdədir: "Bu ruhu və birliyi yaşatmaq bizim borcumuzdur".
M.Şəkər qeyd edib ki, Türkiyə türkologiya elminin təbliği istiqamətində müvafiq addımlar atmaqdadır.
Akademiya rəhbəri müasir dövrün dillə bağlı problemlərinə də toxunub:
"Dil canlı orqanizm olaraq davamlı inkişafdadır. Bu mənada, heç kəsə sirr deyil ki, son dövrlərdə süni intellekt bütün dillərə təsir edir, az qala, onları eyniləşdirir. Hesab edirəm ki, türkoloqlar bu konteksdə qabaqlayıcı tədbirlər görməlidirlər".
Oxşar xəbərlər
Muzaffer Şeker: Süni intellekt və sosial media türk dillərinə təzyiq göstərir
BDU-da "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilib
İsa Həbibbəyli: Türk dünyası anlayışı Birinci Türkoloji Qurultayda formalaşıb
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
