Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB


Rusiyanın Dneprə (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib.

"Rusiyanın Dneprə endirdiyi zərbə nəticəsində artıq 21 nəfər yaralanıb. Beş nəfərin vəziyyəti ağırdır - onlar 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir", - Qanja bildirib.

Daha əvvəl verilən məlumata görə, Rusiya qoşunları Dneprə ehtimal ki, ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində özəl müəssisəyə ziyan dəyib. Son məlumatlara görə, ölənlərin sayı (4 nəfər) dəyişməyib.

Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb.

"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Dnepr Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.

Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.

Oxşar xəbərlər

Rusiyanın Kiyev və Dneprə zərbələri nəticəsində 10 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb - YENİLƏNİB
Dnepropetrovskda Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 174 nəfər yaralanıb - YENİLƏNİB
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Rusiya Dneprə raket zərbəsi endirib, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər