İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, festival çərçivəsində rəngarəng tədbirlər və nümayişlərin təşkili nəzərdə tutulub.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirov-Mustafayeva jurnalistlərə açıqlamasında Beynəlxalq Xalça Festivalının artıq üçüncü dəfədir İçərişəhərdə təşkil olunduğunu vurğulayıb:
"Tədbir mayın 1-də forumla başlayıb, festivalda ümumilikdə 19 ölkədən nümayəndələr iştirak edir. Məqsədimiz Azərbaycanım xalçaçılıq sənətini, milli-mədəni dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Hazırda Qız qalası meydanında bütün bölgələrin xalçaçılıq sənəti nümayiş olunur, bütün regionların ornamentlərindən istifadə edilər xalçalar nümayiş olunur".
Festival İçərişəhərin tarixi küçələrini - qədim karvansarayları, meydanları, tarixi evləri əhatə edir və xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirləri ilə müşayiət olunur. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edirlər. Bundan əlavə, bir neçə məşhur yerli və xarici rəssamların İçərişəhərdə yerləşən qalereyalarında sərgilər də açılacaq.
Qeyd edək ki, "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Oxşar xəbərlər
Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb
"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır
Latviyanın muzey direktoru: “Xalçaçılıq ənənələrimiz oxşar xüsusiyyətlərə malikdir”
Rüfət Mahmud: "Xalçaçılıq forumu Azərbaycan xalçalarını dünyaya tanıdacaq"
Mərakeş Krallığının şahzadəsi İçərişəhərdə təşkil edilən Xalça Festivalında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
