Mərakeş Krallığının şahzadəsi İçərişəhərdə təşkil edilən Xalça Festivalında olub
Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Laila Hasnaa Xalça Festivalının fəxri qonağı qismində İçərişəhərdə olub.
“Sizinxeber.az” xəbər verir ki, şahzadəyə Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalında sərgilənən xalçalar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Tarixən məşhur olan Azərbaycan xalçaları dünya mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərməklə yanaşı, bu gün də tanınmış muzeylərdə nümayiş olunur.
Qeyd edək ki, festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.
Oxşar xəbərlər
Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb
Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub
"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır
Latviyanın muzey direktoru: “Xalçaçılıq ənənələrimiz oxşar xüsusiyyətlərə malikdir”
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













