ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 40-ı ötüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2025
03:30

ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 40-ı ötüb - YENİLƏNİB

06 iy, 2025
03:30
604

ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 40-ı ötüb - YENİLƏNİB

ABŞ-nin Texas ştatının Kerr dairəsində daşqınlar nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə yerli şerif Larri Leita mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölənlər arasında azı 15 uşaq var, onlardan beşinin şəxsiyyəti məlum deyil.

Axtarış-xilasetmə işləri davam edir.

03:21

ABŞ-nin Texas ştatında aramsız yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb.

"Sizinxeber.az"un “NBC News”a istinadən verdiyi məlumata görə, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında bildirib.

"İndi bizə 32 nəfərin ölümü məlumdur. Onlardan 18-i böyüklər, 14-ü uşaqdır", - Leyta bildirib.

Şerif axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 27 nəfərin öldüyü bildirilirdi.

Texasın qubernatoru Qreq Ebbott da öz növbəsində son 36 saat ərzində 850-dən çox insanın təxliyə edildiyini bildirib. O, bundan əvvəl ABŞ Prezidenti Donald Trampdan ştatda fəlakət vəziyyəti elan olunmasını xahiş edib. Mətbuat konfransında iştirak edən ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Trampın Ebbottun istəyini təmin etmək niyyətində olduğunu açıqlayıb.

Bizimlə əlaqə saxlayın