sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.
Bu barədə "Sizinxeber.az" “NBC News”a istinadən xəbər verir.
Məlumata görə, ölənlər arasında azı 28 uşaq var. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb. İyulun 6-da o, Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının fəsadlarının aradan qaldırılmasında yerli xidmətlərə köməklik göztərir. İyulun 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Texasa gedib.
Oxşar xəbərlər
CNN: Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB-2
ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 40-ı ötüb - YENİLƏNİB
ABŞ-nin Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













