“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin yeni sədri təyin olunub
Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub.
O, bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.
M.Ş.Öztürk 1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərib, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışıb, 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik edib, 2016-2022-ci illərdə isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olub.
M.Ş.Öztürk “Yapı Kredi Bank Azərbaycan”a təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərib.
Oxşar xəbərlər
“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olunub
"Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyəti sədrinin təbrik mesajı - 25 ilin Təcrübəsi ilə Dayanıqlı İnkişaf Yolu
"Yapı Kredi Bank Azərbaycan" ötən ay ən çox şikayət olunan bank olub - Siyahı
"Yapı Kredi Bank Azərbaycan" 25 illik yubileyini qeyd edir - FOTO
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
